Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır

Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır Səudiyyə Ərəbistanı Suveren Fondu (Public Investment Fund, PIF) Avropanın neft-qaz şirkətlərində səhm paketləri almağa başlayıb.
Energetika
549
9 Aprel , 2020 12:01
Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır

Səudiyyə Ərəbistanı Suveren Fondu (Public Investment Fund, PIF) Avropanın neft-qaz şirkətlərində səhm paketləri almağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı son həftələrdə dörd Avropa şirkətində ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edən səhmlər əldə edib. O cümlədən “Equinor” şirkətinin, təxminən, 14,5 milyon ABŞ dolları həcmində səhmi PIF tərəfindən satın alınıb.

Qeyd edilir ki, Səudiyyə fondu rəsmi Ər-Riyad üçün əlverişli durum olan neft qiymətlərinin düşməsi və koronavirus pandemiyası səbəbi ilə qiymətlərin azalmasıyla əlaqədar kəskin səhm alışına başlayıb.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi