Serbiya Azərbaycana sürtkü yağlarının tədarükünü bərpa edib

Energetika
  • 20 aprel, 2022
  • 06:09
Serbiya Azərbaycana sürtkü yağlarının tədarükünü bərpa edib

Bu ilin ilk iki ayı ərzində Azərbaycana xaricdən 16,82 milyon ABŞ dolları dəyərində 9 min 318 ton sürtkü yağları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 86,7 % artıb.

Türkiyədən 3,92 milyon ABŞ dolları dəyərində 1 min 547 ton, Almaniyadan 3,36 milyon ABŞ dolları dəyərində 907,11 ton, Rusiyadan 3,05 milyon ABŞ dolları dəyərində 2 min 909 ton, Türkmənistandan 1,72 milyon ABŞ dolları dəyərində 2 min 191 ton, Belçikadan 773,18 min ABŞ dolları dəyərində 238,59 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 49,4 % və 22,7 % artıb, Almaniyadan – 63,6 % və 54,8 % artıb, Rusiyadan – 38 % və 57,7 % artıb, Belçikadan – 10 % və 10,2 % artıb. Ötən ilin yanvar-fevral aylarında Türkmənistandan sürtkü yağları alınmayıb. İki il 1 aylıq fasilədən sonra Serbiyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan 3,73 milyon ABŞ dolları dəyərində 3 min 394 ton sürtkü yağları ixrac edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 22,7 % çoxdur və 29 % azdır.

Türkiyəyə 2,61 milyon ABŞ dolları dəyərində 2 min 532 ton, İraqa 566,86 min ABŞ dolları dəyərində 365,88 ton, Ukraynaya 286 min ABŞ dolları dəyərində 317,99 ton, Livana 185,25 min ABŞ dolları dəyərində 131,18 ton, Moldovaya 33,38 min ABŞ dolları dəyərində 20,1 ton məhsul satılıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 4,1 % artıb və 37,3 % azalıb, İraqa – 9,3 dəfə və 6,1 dəfə artıb, Ukraynaya – 2,4 dəfə və 98,9 % artıb, Moldovaya – 25,2 % və 2,1 % artıb. Ötən ilin yanvar-fevral aylarında Livana tədarük olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti