Səngəçal terminalından ixrac artıb

Səngəçal terminalından ixrac artıb Bakı. 17 may. REPORT.AZ/ Bu ilin I rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 mln. barel neft və kondensat ixrac edilib.
Energetika
17 May , 2018 14:01
Səngəçal terminalından ixrac artıb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin I rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 mln. barel neft və kondensat ixrac edilib.

"Report" bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.

Bu həcmin təqribən 63 mln. bareli (4% çox) Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 mln.bareli (6,7% çox) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə və təqribən 0,4 mln. bareli (2,8 dəfə az) ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Terminalın neft və kondensat ixracı ötən ilin müvafiq dövründən 2,9% çoxdur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 mln. kubmetr (təqribən 1,1 mlrd. kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu isə illik müqayisədə 13% çoxdur.

Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 30 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi