“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında daha bir quyu təmirdən sonra istismara verilib Quyu gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib
Energetika
10 Noyabr , 2016 15:31
“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Səngəçal dəniz-Duvannı dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 434-4 382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi