Yuxarı

Səfir: "TAP-ın tikintisi üzrə İtaliyada böyük miqyaslı işlərin startını gözləyirik"

Campaolo Kutilyo: İlin ilk yarısında Azərbaycanla əmtəə dövriyyəsi ötən illə müqayisədə 50% azalıb

Bakı. 30 avqust. REPORT.AZ/ "İtaliyada Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə böyük miqyaslı işlərin başlanılacağı gözlənilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo deyib.

TAP layihəsi üzrə işlərin gedişi barədə danışan C.Kutilyo bildirib ki, Yunanıstan və Albaniyada işlərə start verildikdən sonra İtaliyada da bəzi hazırlıq işləri başlanılıb: "Ümumiyyətlə, tezliklə bu istiqamətdə həm dənizdə, həm də sahildə genişmiqyaslı işlərin başlamasını gözləyirik".

Onun sözlərinə görə, 2016-cı ildə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunur.

Səfir qeyd edib ki, neftin qiymətinin düşməsindən sonra Azərbaycanda ümumi iqtisadi vəziyyəti nəzərə alaraq bu azalmanı proqnozlaşdırmaq olardı:

"İlin birinci yarısı ilə müqayisədə ikinci yarımildə göstəricilərin bərpa edəcəyimizi gözləyirik. 2016-cı ilin ilk yarısında Azərbaycanla əmtəə dövriyyəsi ötən illə müqayisədə 50% azalıb".

Bununla bərabər, diplomat İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qaldığını da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi