​Səfir: "İran regiondakı enerji layihələrində iştirakda maraqlıdır"

​Səfir: "İran regiondakı enerji layihələrində iştirakda maraqlıdır" "İran təbii qaz ehtiyatları ilə zəngindir və buna görə də, TANAP kimi layihələrə maraq göstərir"
Energetika
15 İyul , 2015 14:25
​Səfir: İran regiondakı enerji layihələrində iştirakda maraqlıdır

Bakı. 15 İyul. REPORT.AZ/ İran regiondakı enerji layihələrində iştirak etməkdə maraqlıdır. "Report" xəbər verir ki, bu barədə İranın sanksiyaların aradan qaldırılmasından sonra TANAP layihəsində iştirakının mümkünlüyü məsələsini şərh edən bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, İran təbii qaz ehtiyatları ilə zəngindir və buna görə də, TANAP kimi layihələrə maraq göstərir.

M.P. Ayin hazırda bu layihədə iştirak imkanı məsələsinin İran tərəfinin nəzərdən keçirdiyini qeyd edərək, yaxın gələcəkdə məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlara başlayacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi