Yuxarı

Salyanın Yeni Uluxanlı kəndinə qazın verilişi bərpa edilib

Nəticədə 225 abonent qazla təmin olunub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Salyan rayonunun Yeni Uluxanlı kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 225 abonenti olan Yeni Uluxanlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 24 231 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi