“Şahdəniz” yatağının əsaslı xərcləri 30% azalıb

“Şahdəniz” yatağının əsaslı xərcləri 30% azalıb Bu ilin birinci yarısında “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 376 mln ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.
Energetika
1 Avqust , 2019 17:23
“Şahdəniz” yatağının əsaslı xərcləri 30% azalıb

Bu ilin birinci yarısında “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 376 mln ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.

Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı rüblük hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin yarı ilinin göstəriciləri ilə müqayisədə 126 mln dollar və ya 50,4% çoxdur.

Ötən yarım il ərzində yataq üzrə 555 mln dollardan çox əsaslı xərclər çəkilib ki, bu da əvvəlki ilin ilk 6 ayı ilə müqayisədə 243 mln dollar və ya 30,4% azdır. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi