"Şahdəniz" yatağından indiyə qədər 176 mln. barel kondensat hasil olunub

"Şahdəniz" yatağından indiyə qədər 176 mln. barel kondensat hasil olunub Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz kondensat yatağından 89 mlrd. kubmetrdən çox təbii qaz, 176 mln.barel kondensat hasil olunub.
Energetika
23 Aprel , 2018 11:54
Şahdəniz yatağından indiyə qədər 176 mln. barel kondensat hasil olunub
"Bp-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli / Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından 89 mlrd. kubmetrdən çox təbii qaz, 176 mln.barel kondensat hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı "Bp-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi