Bakı. 30 avqust. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz 3" layihəsi çərçivəsində işlənməyə cəlb olunacaq qaz ehtiyatları 500 mlrd. kubmetr həcmində proqnzlaşdırılır.
"Report" xəbər verir ki, bunu Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda bu gün keçirilən I Avrasiya konfransında çıxış edən enerji məsələləri üzrə ekspert Con Roberts (John Roberts) deyib.
C.Roberts “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri çərçivəsində ixrac ediləcək qazın həcminin də məlum olduğunu bildirib: “Hər iki layihə üzrə ümumilikdə 1,2 trln. kubmetr həcmində ehtiyatlar var. Düşünürəm ki, 2018-2025-ci illərdə bu iki layihə üzrə ümumilikdə illik 25 mlrd. kubmetr həcmində qaz ixrac ediləcək”.