İndiyədək "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə 15 mlrd. dollardan çox pul qoyulub

İndiyədək "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə 15 mlrd. dollardan çox pul qoyulub Bu barədə BP şirkətinin istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru Qordon Birrell bildirib
Energetika
29 Mart , 2017 17:20
İndiyədək Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə 15 mlrd. dollardan çox pul qoyulub

Bakı. 29 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi üzrə tikinti işlərinin 90%-dən çoxu başa çatdırılıb. 

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti, hazırda isə BP-nin istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru təyin olunan Qordon Birrell  bu gün keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, bu ilin sonuna təbii qazın sistemə buraxılmasına başlanılacaq, testlər keçiriləcək: "Gələn il isə Azərbaycan qazı TANAP vasitəsilə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə TAP vasitəsilə Avropaya çatdırılacaq". 

BP rəsmisinin sözlərinə görə, "Şahdəniz" yatağının ikinci mərhələsi üçün 12 quyu qazılıb və bunlar yataqdan hasilata başlamağa və ixraca kifayət edir: "Qazılan 12 quyudan 3-ü artıq təmizlənib". 

O həmçinin deyib ki, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi üzrə Azərbaycan və Gürcüstanda ümumilikdə işlərin 93%-dən çoxu artıq başa çatdırılıb. İndiyədək "Şahdəniz" yatağının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə ümumilikdə 15 mlrd. dollardan çox sərmayə qoyulub.

"Şahdəniz" üzrə xərclərin yekun investisiya qərarı veriləndən az olması üçün çalışırıq. Qarşıda bahalı işlər də var. Biz indiyədək qrafiki qabaqlamışıq və büdcəni azaltmağa müvəffəq olmuşuq", - deyə Q.Birrell qeyd edib.

Son xəbərlər

Orphus sistemi