Yuxarı
    Bağlamaq

    "Şahdəniz-2" üçün I platformanın üst tikililəri quraşdırılıb

    STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, bu qurğu öz daimi yerinə çatıb

    Bakı. 4 iyul. REPORT.AZ/ “Şahdəniz-2” layihəsi üçün inşa olunmuş yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst tikililərinin "STB-1" barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-də saat 18:00-da bu qurğu öz daimi yerinə çatıb.

    “Report”a layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, iyulun 3-də səhər isə onun artıq həmin yerdə quraşdırılaraq üst tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanıb. 

    "STB-1" barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb. Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülüb və sazlama-montaj işlərinə hazırlıq başlanıb”, - deyə məlumatda qeyd olunub.

    BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond bildirib ki, “Shahdəniz-2”-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub: “Hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi