Yuxarı

​Şabran rayonunun Zöhramı kəndinə təbii qaz verilib

67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 11-də Şabran rayonunun Zöhramı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, 67 abonenti olan Zöhramı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 208 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 67 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi