Sabah Balakən və Xəzər rayonlarında qaz olmayacaq
Energetika
- 05 mart, 2024
- 14:34
Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
07:39
Çin nüvə enerjisi potensialına görə dünya liderinə çevrilib
Digər ölkələr07:12
Yaponiyanın maliyyə naziri: ABŞ G20 ölkələrini İrana qarşı sanksiya təzyiqi göstərməyə çağırıb
Digər ölkələr06:36
NYP: ABŞ-nin keçmiş prezidenti Baydenin oğlunun 20 milyon dollardan çox borcu yaranıb
Digər ölkələr06:04
Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
Digər ölkələr05:35
"Reuters": Pentaqon "SpaceX" peyk şəbəkəsindən kritik asılılıq aşkar edib
Digər ölkələr05:04
Foto
BMT-də yenidənqurmada minatəmizləmənin rolu ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs edilib
Xarici siyasət04:41
Livan ordusu atəşkəsdən sonra paytaxtda patrul xidmətinə başlayıb
Digər ölkələr04:06
ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
Region03:33