Yuxarı

​Sabah Abşeron və Ağdam magistral qaz kəmərlərində təmir aparılacaq

İşlərin Türkan-2 qəsəbəsi və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 23-də saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 14:00-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi