Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq Bakı. 29 may. REPORT.AZ/ Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Energetika
29 May , 2018 18:51
Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı. 29 may. REPORT.AZ/ Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mayın 30-u saat 09:00-dan təmir işləri tamamlananadək daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200 mm-lik siyirtmənin təmiri, eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun  Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. 

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi