S&P: Təyyarə yanacağına qlobal tələb gələn il pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq

S&P: Təyyarə yanacağına qlobal tələb gələn il pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq Kommersiya sərnişin-kilometrləri (RPK) ilə ölçülən hava nəqliyyatı ilə sərnişindaşımalara qlobal tələbat yay mövsümü ilə əlaqədar iyun ayında illik 9,1 % artıb və bu, aviasiya yanacağının qiymətlərinin artmasına səbəb olub.
Energetika
8 Avqust , 2024 14:36
S&P: Təyyarə yanacağına qlobal tələb gələn il pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq

Kommersiya sərnişin-kilometrləri (RPK) ilə ölçülən hava nəqliyyatı ilə sərnişindaşımalara qlobal tələbat yay mövsümü ilə əlaqədar iyun ayında illik 9,1 % artıb və bu, aviasiya yanacağının qiymətlərinin artmasına səbəb olub.

"Report" "S&P Global Commodity Insights"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının iyulun 31-nə olan məlumatında deyilir.

Beynəlxalq tələbat eyni dövr ərzində illik müqayisədə 12,3 % artıb, Asiya-Sakit okean regionu 22,6 % artımla liderlik edir, Afrika və Latın Amerikası isə müvafiq olaraq 16,9 % və 15,3 %-lə ikinci və üçüncü pillələrdə qərarlaşıb.

“S&P Global Commodity Insights”ın bölməsi olan “Platts” avqustun 6-da CIF NWE reaktiv yüklərin qiymət fərqini yaxın müddətli ICE LSGO fyuçers müqaviləsi ilə bir ton üçün 48,75 ABŞ dolları məbləğində müəyyən edib ki, bu da martın 3-də qeydə alınmış bir ton üçün 9,75 ABŞ dolları məbləğində illik minimumdan xeyli yüksəkdir.

“Commodity Insights”ın proqnozlarına görə, təyyarə yanacağı və kerosinə qlobal tələbat 2019-cu ilin sonundan bəri ilk dəfə 8 milyon barelə çatacaq, illik orta göstərici isə ilk dəfə 2025-ci ildə pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq.

Avropada və ABŞ-nin Meksika körfəzi sahillərində təyyarə yanacağı spredləri Rusiya-Ukrayna münaqişəsi nəticəsində pik həddə olmasa da, dayanıqlı olaraq qalır və bir barel üçün təxminən 16 ABŞ dolları olan tarixi orta göstəricini keçir. Təyyarə yanacağı spredlərinin ilin sonuna qədər dizel yanacağı spredlərinə uyğun olacağı, beləliklə də bu qışdan gələn ilə qədər təyyarə yanacağının dizel yanacağından baha olacağı gözlənilir.

“Commodity Insights” gələcəkdə “crack yanacaq” spredlərin orta hesabla azalacağını, uzunmüddətli tarixi diapazonu isə bir barel üçün 20 ABŞ dollarına qədər keçəcəyini gözləyir.

“S&P” hesab edir ki, daha çox sərnişinin hava nəqliyyatından istifadə etməyə başlaması və yay mövsümü üçün təyyarə yanacağının qiymətlərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması ilə əlaqədar reaktiv təyyarələrə qlobal tələbat durmadan artır.

"Uçuşlarla ölçülən qlobal aviadaşımalar 2023-cü ilin ortalarında ilk dəfə pandemiyadan əvvəlki səviyyəyə qayıtsa da, reaktiv yanacağa olan tələbat bu tempə çatmayıb. Hələlik, 2024-cü ildə reaktiv təyyarələrə olan qlobal tələbat, səmərəliliyin artması, daha böyük təyyarələr və daha çox yanacaq tələb edən uzunməsafəli uçuşların daha yavaş bərpası səbəbindən 2019-cu ildəki təxminən 95 % səviyyəsində qalır”, - “Commodity Insights” vurğulayıb.

Son xəbərlər

Orphus sistemi