Ruslan Əliyev: "Şabrandakı meşə yanğını səbəbindən minə yaxın abonent qazsızdı"

Ruslan Əliyev: "Şabrandakı meşə yanğını səbəbindən minə yaxın abonent qazsızdı" "Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır".
Energetika
19 Avqust , 2022 11:53
Ruslan Əliyev: Şabrandakı meşə yanğını səbəbindən minə yaxın abonent qazsızdı
Ruslan Əliyev

"Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.

R. Əliyev bildirib ki,qaz təsərrüfatına böyük ziyan dəyməyib, cüzidir: "Araşdırma aparılır, daşıyıcı qaz xətləri təftiş olunur".

O qeyd edib ki, yanğın söndürüldüyündən sonra və qaz açılandan sonra ilkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər

Orphus sistemi