Ruslan Əliyev: “İnsanlara söz verirlər ki, onlara abunəçi kodu alacaqlar”

Ruslan Əliyev: “İnsanlara söz verirlər ki, onlara abunəçi kodu alacaqlar” “Azərbaycanda vətəndaşlar üçün qaz sayğaclarının quraşdırılması və abunəçi kodlarının gec verilməsi halları halları mövcuddur.
Energetika
19 Noyabr , 2021 11:47
Ruslan Əliyev: “İnsanlara söz verirlər ki, onlara abunəçi kodu alacaqlar”
Ruslan Əliyev

“Azərbaycanda vətəndaşlar üçün qaz sayğaclarının quraşdırılması və abunəçi kodlarının gec verilməsi halları mövcuddur".

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

“Belə hallar adətən dələduzlarla bağlıdır. Bəzən neftli torpaqlarda insanlardan pul alıb onlar üçün sayğac quraşdırırlar və söz verirlər ki, abunəçi kodu da alacaqlar. Yubanmalar adətən belə hallarla bağlı baş verir. Çünki bizim sayğaclar anbardan çıxanda artıq bilinir ki, o hansı kodlu abunəçi üçün quraşdırılacaq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi