Hər iki nazir həmçinin noyabrın 27-də Vyanada (Avstriya) keçiriləcək OPEC ölkələri rəsmilərinin görüşünə də münasibət bildiriblər. Həmin konfransda iştirak etmək üçün 12 üzv ölkə ilə yanaşı, qeyri-üzv dövlətlər, yəni Venesuela və Rusiya nümayəndələri də qatılacaq.
Birjalardan verilən məlumata görə, "Brent" markalı xam neft 2,03% bahalaşaraq 80,94 dollar/barelə çatıb. Bu isə noyabrın 14-dən sonra qeydə alınmış ən yüksək göstəricidir.
Xatırladaq ki, dünya bazarında xam neftin ən yüksək qiyməti bu ilin iyununda qeydə alınıb. Cari ilin iyununda neftin qiyməti 115 dollar/barel, oktyabrda 84 dollar/barel, noyabrın 13-də isə ən aşağı həddə - 77,50 dollar/barel olub.
Neft ixrac edən ölkələrin isə büdcə kəsirlərini aradan qaldırmaq üçün ehtiyacları olduqları qiymətlər bir-birindən fərqlənir. Belə ki, bir barel neftin qiymətinin 140 dollar olması İrana, 90,70 dollar olması Səudiyyə Ərəbistanına, 77,60 dollar olması Qətərə, 73,90 dollar olması isə Birləşmiş Ərəb Əmirliklərinə sərf edir.
Rusiya isə son aylar ərzində milli valyutasının (rubl) 45% ucuzlaşmasının da şahidi olub. Hazırda bir ABŞ dolları 45,52 rubla, bir avro isə 56,59 rubla dəyişdirilir.