​Rusiya rəsmisi Serbiyanın Azərbaycandan qaz almaq niyyətinə münasibət bildirib

​Rusiya rəsmisi Serbiyanın Azərbaycandan qaz almaq niyyətinə münasibət bildirib Onun sözlərinə görə, Transadriatik qaz kəmərinin tikintisində Rusiyanın da iştirakı mümkündür
Energetika
29 May , 2015 16:08
​Rusiya rəsmisi Serbiyanın Azərbaycandan qaz almaq niyyətinə münasibət bildirib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycandan çəkiləcək təbii qaz kəməri layihəsində Serbiyanın iştirakı ehtimalı Rusiya ilə münasibətlərə mane olmur. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı təmsilçisi Vladimir Çijov bildirib.

"Cənub-Şərqi Avropa dövlətləri, o cümlədən Serbiya, eləcə də Makedoniyanın son bəyanatına əsasən demək olar ki, öz maraqları çərçivəsində onların alternativ variantlar təqdim etmələrində təəccüblü heç nə yoxdur. Bu, onların bizimlə birgə layihələr geçəkləşdirmək istəmədiyi demək deyil", - o vurğulayıb.

V.Çijovun sözlərinə görə, Transadriatik qaz kəmərinin tikintisində Rusiyanın da iştirakı mümkündür.

Qedy edək ki, Serbiyanın baş naziri Aleksandar Vuçiç ölkəsinin Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan kəmərin tikintisi layihəsinə qoşulmaq niyyətində olduqlarını bildirib: "Serbiya qazın idxal mənbələrini şaxələndirməyə hazırdır. Bu, həm də bizim Amerikadakı dostlarımız üçün çox vacibdir. Bu, balanslaşdırmaya aid deyil, strateji məqsədimiz Avropa İttifaqına yol açmaqdır".

Baş nazir əlavə edib ki, Serbiya Rusiya qazından asılılığı azaltmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi