İran Rusiyadan qaz tədarük etməyi istəyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
“İran uzun müddətdir bizdən qaz təchizatı istəyir. Bu, bizim üçün çox əlverişli yerdir, yataq yaxınlıqdadır. Güman edirəm ki, bu, tamamilə həyata keçirilə bilən layihədir. Onu nəzərdə tuturam ki, bazarlar çox böyükdür. İranla qonşu ölkələrdə isə qaza böyük ehtiyac var”, - o deyib.
Onun sözlərinə görə, “Qazprom” həm yeni bazarlara, həm də Rusiya iqtisadiyyatının artımı ilə əlaqədar daxili bazara qaz ixracı həcmlərini bərpa edəcək.
“Burada müxtəlif imkanlar var. Müxtəlif bazarları nəzərdən keçirəcəyik, mübadilələr üzərində işləyəcəyik, qazı mayeləşdirəcəyik və s. Satışların həcmini tədricən bərpa edəcəyik. Buna şübhə ola bilməz. İqtisadiyyatımızı da inkişaf etdirəcəyik. Uzaq Şərqdəki bir çox regionlarımızda kifayət qədər qaz hasilatı yoxdur. Birləşdirmək lazımdır. “Qazprom”un axınları lazımi şəkildə həyata keçirmək üçün qaz nəqli sisteminin Avropa və Uzaq Şərq hissəsini birləşdirməklə belə planları var. Bütün bunlar planlarımıza daxildir, bütün bunlar həyata keçiriləcək”, - Putin vurğulayıb.