Yuxarı
    Bağlamaq

    Rusiya oktyabrda neft ixracını kəskin yüksəldib

    Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyada neft hasilatının həcmi bu ilin oktyabr ayında 46,23 mln. ton və ya 10,931 mln. barel/gün təşkil edib. 

    "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.

    Məlumatda bildirilib ki, oktyabr ayında hasilat sentyabrla müqayisədə 0,2% artıb, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 2,7% azalıb.

    Oktyabr ayında Rusiya 24,377 mln. ton və ya 5,764 mln. barel/gün neft ixrac edib. Bu, sentyabr ayı ilə müqayisədə 9,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1% çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi