Rusiya noyabrda neft ixracını 4%-dən çox azaldıb
- 02 dekabr, 2019
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin noyabr ayında Rusiyadan neft ixracı 20,916 mln ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.
“Report”un finans.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsindən bildirilib.
Noyabrda Rusiya neftinin uzaq xarici ölkələrə (keçmiş SSRİ xaricindəki ölkələrə) tədarükü 4,8% azalaraq 19,35 mln ton təşkil edib. Yaxın xarici ölkələrinə isə Rusiya neftinin tədarükü 4% artaraq 1,5 mln ton təşkil edib. Neftin tranziti 22% artaraq 1,48 mln ton təşkil edib.
Bununla belə, bu ilin yanvar-noyabr aylarında yaxın xaricə neftin ixracı 3,6% azalaraq 15,9 mln. ton həcmində olub.
Məlumata görə, noyabrda daxili bazara 25 mln ton həcmində neft tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 4,3% çoxdur. Bu ilin yanvar-noyabr aylarında isə daxili bazara neft tədarükü 0,2% azalaraq 265,2 mln ton təşkil edib.