Rusiya neft nəqli üçün vahid tarif tətbiq etməyi planlaşdırır

Rusiya neft nəqli üçün vahid tarif tətbiq etməyi planlaşdırır Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya hökuməti neft və neft məhsullarının nəqli üçün qaz nəqli tarifi nümunəsində vahid tarif müəyyənləşdirmək niyyətindədir.
Energetika
17 Dekabr , 2018 11:00
Rusiya neft nəqli üçün vahid tarif tətbiq etməyi planlaşdırır

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya hökuməti neft və neft məhsullarının nəqli üçün qaz nəqli tarifi nümunəsində vahid tarif müəyyənləşdirmək niyyətindədir.

Bu barədə "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, qərar qəbul edilərsə, vahid tarif "Transneft"in mövcud 97 tarifini əvəz edəcək.

Xatırladaq ki, noyabrın 19-da Rusiya Baş nazirinin müavini Dmitri Kozak Federal Antiinhisar Xidmətinə, Energetika Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və "Transneft"ə vahid tarif hazırlamaqla bağlı təlimat verib.

"Transneft"in prezidentinin müşaviri İqor Dyomin şirkətin vahid tarif tətbiq edilməsinin mümkünlüyü barədə təlimat aldığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi