Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 100 dollar/barelə qədər artmasını gözləmir

Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 100 dollar/barelə qədər artmasını gözləmir "Ekspert və analitiklərin rəyinə görə, neftin qiyməti aşağı səviyyədə qalacaq"
Energetika
28 Yanvar , 2015 14:35
Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 100 dollar/barelə qədər artmasını gözləmir

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünyada neftin qiyməti gələcəkdə bir qədər arta bilər, lakin 100 dollar/barel səviyyəsinə və bundan da yüksək qalxması mümkünsüz görünür. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov bildirib. 

"Heç kim öz hasilatını azaltmaq niyyətində deyil, buna görə də ekspertlər və analitiklər düşünür ki, neftin qiyməti aşağı səviyyədə qalacaq". Bu gün neftin qiyməti 50 dollar/bareldən aşağıdır, biz düşünürük ki, perspektivdə bu qiymət bir qədər artacaq, lakin bir neçə ay bundan əvvəl olduğu 100 dollar/barel səviyyəsinə və bundan da yüksək qalxması mümkünsüz görünür", - A.Siluanov Federasiya Şurasındakı Hökumət Saatında çıxışı zaman bildirib. 

Son xəbərlər

Orphus sistemi