Rusiya iqtisadi inkişaf naziri: "OPEC-in qərarından sonra neftin qiyməti 63 dollar/barel təşkil edəcək"
Energetika
- 08 dekabr, 2018
- 12:28
Bakı. 8 dekabr. REPORT.AZ/ "2019-cu il üçün neftin orta illik qiyməti üzrə proqnozumuz bir barelin 63 dollar olacağıdır".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
O qeyd edib ki, bu proqnozda OPEC+ sazişi nəzərə alınıb: "Məncə, belə qiymət hazırda qlobal bazarda yaranmış vəziyyətə tam uyğun gəlir və bu həftə Vyanada qəbul edilmiş qərarı da nəzərə alır".
Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktybar ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.
Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.
Son xəbərlər
03:41
İstanbulda əməliyyat keçirilib, 22 nəfər həbs edilib
Region03:15
Şeynbaum: FIFA DÇ-2026-da İran yığmasının oyunlarını ABŞ-dən Meksikaya keçirməyəcək
Futbol02:52
ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
Digər ölkələr02:40
Elin Süleymanov Londonun lord-meri ilə Pasxa ziyafətində olub
Xarici siyasət02:28
ABŞ Meksika ilə sərhəddə PUA-lara qarşı lazer sistemi yerləşdirəcək
Digər ölkələr01:39
Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
Digər ölkələr01:11
Qərbi Azərbaycan Xronikası: "Sultan Səlimin qoşunları Kiçik Vedidə düşərgə salıb"
Daxili siyasət00:43
KİV: İslamabad danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq
Region00:10