Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır”

Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır” “Azərbaycan qaz tədarükü məsələsində Avropanın çox vacib və etibarlı tərəfdaşıdır. Rumıniya Cənub Qaz Dəhlizinin (SGC) bir parçası olmaq və Azərbaycandan təbii qaz almaq istəyir”.
Energetika
2 İyun , 2022 13:57
Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır”

“Azərbaycan qaz tədarükü məsələsində Avropanın çox vacib və etibarlı tərəfdaşıdır. Rumıniya Cənub Qaz Dəhlizinin (SGC) bir parçası olmaq və Azərbaycandan təbii qaz almaq istəyir”.

Bunu “Report”a Rumıniyanın energetika naziri Vircil Popesko bildirib.

Onun sözlərinə görə, ölkəsi SGC-nin modernləşdirilməsinin bir parçası olmaq üçün Bolqarıstan-Rumıniya-Avstriya-Macarıstan boru xəttinin reallaşdırılmasında maraqlıdır.

“Ötən ay bu məsələni Azərbaycandan olan tərəfdaşlarımızla artıq müzakirə etmişik”, - V.Poposku deyib.

O əlavə edib ki, ölkəsi təkcə qaz tədarükü sahəsində deyil, həm də bərpa olunan enerji məsələsində Azərbaycan ilə layihələr icra etməyə çalışır.

“Bərpa olunan enerji sahəsində Rumıniya və Gürcüstan arasında Qara dəniz vasitəsilə “yaşıl dəhliz”, Xəzər və Qara dənizlər arasında “yaşıl körpü” də bura daxildir. Elektrik enerjisi və təbii qazla bağlı çoxsaylı layihələr var”, - rumıniyalı nazir nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi