​Rövnəq Abdullayev: "TANAP kəməri regionun ən böyük arteriyası olacaq"

​Rövnəq Abdullayev: "TANAP kəməri regionun ən böyük arteriyası olacaq" SOCAR prezidenti: "İranın enerji bazarına qayıtması hələ ki, böyük artıma səbəb olmayacaq"
Energetika
1 May , 2015 12:31
​Rövnəq Abdullayev: TANAP kəməri regionun ən böyük arteriyası olacaq

Bakı. 1 may. REPORT.AZ/ İran tərəfi TransAnadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə qoşulmaq üçün iştirakçı dövlətlərə müraciət etməyib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlaçmasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib: "İran TANAP-a qoşulmaq üçün heç bir müraciət etməyib".

"Gələcəkdə TANAP-a perspektivli bir layihə kimi baxırıq. TANAP genişləndirilə biləcək böyük bir boru xəttidir. Nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazının oradan keçmək imkanı var. TANAP regionun ən böyük arteriyası olaraq qalacaq", - deyə SOCAR prezidenti vurğulayıb.

R.Abdullayev Qərbin sanksiyaları götürüləndən sonra İranın enerji bazarına qayıdışının neftin qiymətinə təsir edib-etməməsi məsələsinə də aydınlıq gətirib: "İranın enerji bazarına qayıtması hələ ki, böyük artıma səbəb olmayacaq".

Son xəbərlər

Orphus sistemi