Yuxarı
    Bağlamaq

    ​Rövnəq Abdullayev: "Cənubi Qaz Dəhlizi layihəsi tam həcmi ilə təyin olunan tarixlərdə başa çatacaq"

    SOCAR prezidenti: Azərbaycanın uzunmüddətli enerji təhlükəzliyi təmin edilib

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanın uzunmüddətli enerji təhlükəzliyi təmin edilib və ölkə artıq müxtəlif regionların enerji təhlükəsizliyi prosesində etibarlı təchizatçı rolunu oynayır. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sankt-Peterburq şəhərində (Rusiya) keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində “Rosneft” ASC-nin İdarə Heyətinin sədri İqor Seçinin başcılığı ilə təşkil olunan panel müzakirələrində deyib.

    “Ölkənin əsas nailiyyətlərindən biri də Azərbaycanın təbii qaz istehsal edən ölkə kimi dünyaya tanınmasıdır. Enerji strategiyası çərçivəsində əldə olunan uğurlar regionun makro-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Hazırda Avropanın ən böyük infrastruktur layihəsi - Cənubi Qaz Dəhlizi reallaşmaqdadır. Prezident İlham Əliyev layihəni “XXI əsrin layihəsi” adlandırıb, eləcə də, tranzit, istehsalçı və istehlakçı ölkələrin birgə güclərini və əlaqələndirməsini birləşdirilməsinə ehtiyac duyulacağına işarə edib. Enerji sektorunda qiymət dəyişikliklərinə baxmayaraq, layihə tam həcmi ilə təyin olunan tarixlərdə başa çatacaq", - SOCAR prezidenti bildirib.

    Xatırladaq ki, bu panel müzakirələrində BP, "Total", "Trafigura", PDVSA, "Schlumberger" kimi iri beynəlxalq enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi