Yuxarı

Rövnəq Abdullayev: "Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi yüksəkdir"

Bakı. 5 dekabr. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev neft-qaz sənayesində milliləşdirmə proqramının 5-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. 

O qeyd edib ki, 2013-cü ildə "BP Exploration" şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda, 2018-ci ilin sonuna işçi heyətinin artıq 90%-i milli kadrlardan ibarətdir: "Biz neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış Prezidentimiz qarşısında məruzə edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrəsini verib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi