Rövnəq Abdullayev: "2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması ölkə tarixində müstəsna önəm kəsb edir”

Rövnəq Abdullayev: "2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması ölkə tarixində müstəsna önəm kəsb edir” Bakı. 8 noyabr. REPORT.AZ/ “Hər bir Azərbaycan vətəndaşının qəlbini böyük qürur hissi ilə dolduran 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması ölkənin tarixində və ictimai-siyasi həyatında müstəsna önəm kəsb edir”.
Energetika
8 Noyabr , 2017 12:02
Rövnəq Abdullayev: 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması ölkə tarixində müstəsna önəm kəsb edir”
SOCAR prezidenti Rövnəq Abdullayev / Report

Bakı. 8 noyabr. REPORT.AZ/ “Hər bir Azərbaycan vətəndaşının qəlbini böyük qürur hissi ilə dolduran 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması ölkənin tarixində və ictimai-siyasi həyatında müstəsna önəm kəsb edir”.

“Report” xəbər verir ki, bu, 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması münasibətilə SOCAR prezidenti Rövnəq Abdullayevin “İki sahil” qəzetində dərc olunmuş neftçilərə təbrikində qeyd olunub.

SOCAR prezidenti bildirib ki, Azərbaycanın neft-qaz sənayesinin bu növbəti uğuru ölkənin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir və bu mənada tarixi əhəmiyyətə malikdir.

“Azərbaycan neftçiləri üçün sonsuz iftixar mənbəyinə çevrilmiş bu əlamətdar hadisə bütün xalqımız tərəfindən dövlət səviyyəsində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Dövlətimizin müdrik rəhbəri, neftçilərin böyük dostu İlham Əliyev bu hadisəni yüksək qiymətləndirərək, neftçilərin bir qrupunu dövlət təltifləri ilə mükafatlandırıb, onları orden və medallarla təltif edib, fəxri adlara layiq görüb. Azərbaycan Prezidentinin bu bayram gününü neftçilərlə birlikdə qeyd etməsi, bizim işimizə yüksək dəyər verməsi hamımız üçün böyük şərəfdir. Çoxminli neftçilər ordusu adından bütün bunlara görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir, dövlətimizi və xalqımızı əmin edirik ki, Azərbaycan neftçiləri öz sələflərinin qədim ənənələrinə daim sadiq qalaraq, bundan sonra da əzmlə çalışacaq, iqtisadiyyatımızın daha da möhkəmləndirilməsi, xalqımızın maddi rifah halının artırılması üçün ölkədə neft və qaz hasilatının texniki səviyyəsinin və səmərəsinin daha da yüksəldilməsinə nail olacaqlar”, - R.Abdullayev təbrikində qeyd edib.

Son xəbərlər

Orphus sistemi