Yuxarı
    Bağlamaq

    “Rosneft” və “ExxonMobil” ilin sonuna kimi Meksika körfəzindəki lisenziyalarını qaytaracaq

    Lisenziyalar ABŞ hökumətinə qaytarılacaq

    Bakı.5 dekabr.REPORT.AZ/ “Rosneft” və “ExxonMobil” bu ilin sonuna kimi Meksika körfəzindəki lisenziyalarını geri qaytaracaq.

    “Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, neftin qiymətinin ucuzlaşması və geoloji kəşfiyyat sahəsində qənaətbəxş olmayan nəticələr, eyni zamanda potensial sansksiya məhdudiyyətləri tərəfdaşları bu addımı atmağa vadar edib. Tərəfdaşlar hər hansı cərimə ödəməyəcəklər. Lisenziyalar ABŞ hökumətinə qaytarılacaq.

    Qeyd edək ki, 2013-cü ildə “Rosneft”in törəmə şirkəti geoloji kəşfiyyat aparmaq üçün “ExxonMobil” şirkətinin Meksika körfəzindəki 20 dərinsulu blokunda 30% pay əldə edib. 450 kvadrat km ərazini əhatə edən 20 blok 640-2070 metr dərinlikdə yerləşir. 17 blok Meksika körfəzinin qərbində, 3-ü isə mərkəzindədir.

    “ExxonMobil” bu bloklarda 70% payını və operatorluğunu saxlayıb. Bu bloklardan hasilat əldə olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi