“Rosneft”in xalis mənfəəti 3 dəfədən çox artıb

“Rosneft”in xalis mənfəəti 3 dəfədən çox artıb Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın neft-qaz şirkəti - “Rosneft”in xalis mənfəəti 451 mlrd. rubl və yaxud 6 885,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.
Energetika
6 Noyabr , 2018 16:31
“Rosneft”in xalis mənfəəti 3 dəfədən çox artıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın neft-qaz şirkəti - “Rosneft”in xalis mənfəəti 451 mlrd. rubl və yaxud 6 885,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur. 

“Report” xəbər verir ki, bu barədə şirkətin internet səhifəsində dərc edilmiş hesabatda bildirilib. 

Sənəddə həmçinin deyilir ki, son 1 ildə "Rosneft"in gəlirləri 41,1% artaraq 6,073 trln. rubla və yaxud 92 309,6 mln. dollara, o cümlədən vergiyəqədərki mənfəəti 3,3 dəfə artaraq 680 mlrd. rubla və yaxud 10 336 mln. dollara çatıb. Kəskin artım əlverişli qiymət mühiti, həmçinin Rusiyadaxili və beynəlxalq layihələrdən gəlirlərin artması ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi