"Rosneft" Cənubi Qafqaz Dəhlizindən istifadə edəcək

"Rosneft" Cənubi Qafqaz Dəhlizindən istifadə edəcək Rusiya Azərbaycan üzərindən İrana benzin ixrac etmək niyyətindədir
Energetika
29 İyun , 2016 14:17
Rosneft Cənubi Qafqaz Dəhlizindən istifadə edəcək

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiyanın “Rosneft” şirkəti 2017-ci ildən etibarən İrana benzin tədarükünə başlaya bilər. “Report”un “RBC” nəşrinə istinadən verdiyi xəbərə görə, səhmlərinin 49%-i Rusiyanın dövlət şirkətinə məxsus olan “Petrocas Energy Group” Qara dəniz sahilindəki logistika terminalından yararlanmağı və Cənub Qafqaz Dəhlizi çərçivəsində nəqletməyə başlamağı planlaşdırır.

Məlumata görə, “Petrocas” 2015-ci ilin yanvarında 144 mln. dollar qazanıb və Gürcüstanın Poti limanı vasitəsi ilə İranın Neka və Ənzəli limanlarını benzin və dizel yanacağı ilə təchiz etməyi planlaşdırır. Bu barədə şirkətin icraçı direktoru Vano Nakaidze deyib və xəbəri şirkətin əsas səhmdarı olan David Yakobaşvili (51%) təsdiq edib.

V.Nakaidze deyib ki, Poti limanının illik tutumu 3 mln. tondur, lakin hazırda faktiki olaraq 1-1,5 mln. ton yüklənir.

Şirkət rəsmisi deyib ki, Potidə benzinin saxlanılması üçün xüsusi qablar var. Neft məhsulları İrana daşınmaq üçün dəmir yolu vasitəsi ilə Bakıya nəql olunacaq və buradan tankerlərlə İrana ötürüləcək. İl ərzində İran bazarına 1 mln. tondan az olmayaraq benzinin daşınması planlaşdırılır.

D.Yakobaşvili deyib ki, bu investisiya layihəsinin dəyəri 100-200 mln. dollardır.

Son xəbərlər

Orphus sistemi