Rikard Skufias: "TAP layihəsinin reallaşması gələcək təşəbbüslərin uğurlu başlanğıcı üçün yol xəritəsidir"

Rikard Skufias: "TAP layihəsinin reallaşması gələcək təşəbbüslərin uğurlu başlanğıcı üçün yol xəritəsidir" Bunu layihənin Yunanıstan üzrə ölkə meneceri Nyu-Yorkda keçirilən beynəlxalq tədbirdə bildirib
Energetika
24 Dekabr , 2016 11:46
Rikard Skufias: TAP layihəsinin reallaşması gələcək təşəbbüslərin uğurlu başlanğıcı üçün yol xəritəsidir

Bakı. 24 dekabr. REPORT.AZ/ Trans-Adriatik (TAP) qaz kəməri layihəsi Nyu-Yorkda keçirilən beynəlxalq "Capital Annual Invest in Greece Forum"unda təmsil olunub. TAP-dan "Report"a daxil olan məlumata görə, tədbirdə maliyyə, investisiya və biznes dairələrini təmsil edən 1 300-dən artıq nümayəndə iştirak edib.

Tədbirin "Enerji sektoru: Trendlər, inkişaf və icmal" panelində keçirilən müzakirələrdə iştirak edən layihənin Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias (Rikard Scoufias) bildirib ki, hazırda Yunanıstan, Albaniya və İtaliyada həyata keçirilən TAP - enerji infrastruktur layihəsidir.

"Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsinə birbaşa xarici investisiyaların həcmi 2 mlrd. avro təşkil edir. Bu layihə Yunanıstan və Cənub-şərqi Avropanı həqiqi enerji mərkəzinə çevirərək, Avropa İttifaqı üçün enerji mənbələrinin şaxələndirməsinə kömək edir. Eyni zamanda, keçdiyi ərazilərin inkişafına və böyüməsinə, habelə yerli şirkətlərin xidmətlərindən istifadə edərək, onların təcrübəsini zəngiləşdirir və iş yerlərinin yaranmasına töhfə verir", - deyə R.Skufias bildirib.

R.Skufias deyib ki, TAP layihəsinin reallaşması gələcək təşəbbüslərin uğurlu başlanğıcı üçün yol xəritəsidir, ölkədə investorların əminliyini yüksəldərək, gələcək irimiqyaslı sərmayə yatırımları üçün yol açır.

Son xəbərlər

Orphus sistemi