Qusarın iki kəndinə ilk dəfə qaz verilib

Qusarın iki kəndinə ilk dəfə qaz verilib Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Qusar rayonunun Piral və Cibir kəndlərinə təbii qaz verilib.
Energetika
25 Dekabr , 2018 17:32
Qusarın iki kəndinə ilk dəfə qaz verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Qusar rayonunun Piral və Cibir kəndlərinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 876 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 932 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi