Qubernator: "SOCAR Polymer" Rostov vilayətinə polipropilen təchizatına başlayıb"

Qubernator: "SOCAR Polymer" Rostov vilayətinə polipropilen təchizatına başlayıb" Azərbaycanın SOCAR Polymer şirkəti Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində qablaşdırma plyonkası istehsalı üçün polipropilen partiyasının təchizatına başlayıb.
Energetika
25 Noyabr , 2019 17:44
Qubernator: SOCAR Polymer Rostov vilayətinə polipropilen təchizatına başlayıb

Azərbaycanın "SOCAR Polymer" şirkəti Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində qablaşdırma plyonkası istehsalı üçün polipropilen partiyasının təchizatına başlayıb.

"Report" "Don24" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.

Onun sözlərinə görə, artıq biaksial plyonka istehsalı üzrə yüksək sürətli xətt üçün ilk polipropilen partiyası ünvanına çatdırılıb. V.Qolubev vurğulayıb ki, ekspert qiymətləndirmələrinə görə, təchizat məbləği 1,5 milyard rubldan çox olacaq.

Qubernator qeyd edib ki, bu ilin sonuna qədər "Donetsk ekskavator" şirkəti Azərbaycana kənd təsərrüfatı texnikasının təchizatı üzrə müqavilə imzalamağı planlaşdırır.

V.Qolubevin sözlərinə görə, iqtisadi münasibətlərlə yanaşı, mədəni əlaqələr də inkişaf edir. O, Azərbaycan rəhbərliyini 2020-ci ildə "Sambek yüksəkliyi" hərbi-tarixi muzey kompleksinin açılışına dəvət edib. Muzey iki Azərbaycan divizisiyasının döyüşçüləri də daxil olmaqla, Böyük Vətən Müharibəsi illərində burada vuruşanların xatirəsinə yaradılmış eyniadlı şöhrət memorialının ərazisində fəaliyyət göstərəcək.

Xatırladaq ki, 1980-ci ildə abidənin açılışında Heydər Əliyev də iştirak edib.

"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Bu ilin ilk 9 ayı ərzində "SOCAR Polymer" 63,7 mln. dollar dəyərində məhsul, o cümlədən 53,6 mln. dollar dəyərində ilkin formalı polipropilen ixrac edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 0,6 mln. dollar təşkil edib. Bu ilin ixracının 6,2 mln. dolları sentyabr ayının payına düşüb (ötən il 0,1 mln. dollar).

Son xəbərlər

Orphus sistemi