Qreq Hands: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”

Qreq Hands: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır” “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”.
Energetika
14 İyun , 2022 17:34
Qreq Hands: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniyanın mühüm tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands tviterdə yazıb.

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovu Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Strategiyası Departamentində salamlayıram. Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Böyük Britaniya üçün mühüm tərəfdaşdır. O, müttəfiq və dostlarımıza təbii qaz tədarüklərini şaxələndirməyə imkan yaradır”, - o bildirib.

Q.Handsin sözlərinə görə, görüşlər zamanı ona Azərbaycanın bərpa olunan enerjinin inkişafına sadiqliyi və iqlim məsələləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi