Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər icra olunur

Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər icra olunur Abşeron rayonunun Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər icra olunur.
Energetika
14 İyun , 2019 16:28
Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər icra olunur

Abşeron rayonunun Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər icra olunur.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Abşeron rayonu, Qobu qəsəbəsində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri icra olunur.

Dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi, quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi işləri aparılır.

Belə ki, tərtib edilmiş layihəyə uyğun olaraq, qəsəbədə 2 500 yeni qaz sayğacının əymə üsulu ilə yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması nəzərdə tutulur ki, artıq bu günə 500-dən artıq yeni sayğac quraşdırılıb.

Qəsəbə ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və dayanıqlı təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

Son xəbərlər

Orphus sistemi