Bakı. 30 avqust. REPORT.AZ/ Qlobal maye qaz (LNG) bazarının 2030-cu ilə qədər 2 dəfəyə qədər inkişaf edərək illik 470 mln. tona çatacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda bu gün keçirilən I Avrasiya konfransında çıxış edən Yunanıstan Enerji İqtisadiyyatı üzrə Assosiasiyasının rəhbəri Kostas Andriosopoulos deyib.
K.Andriosopoulosun sözlərinə görə, qarşıdakı 10 ildə qlobal pərakəndə LNG bazarı da inkişaf edəcək: “Bəzi aradşırmalara görə, qlobal LNG bazarı inkişaf edərək 2030-cu il üçün 245 mln. tondan 470 mln. tona çatacaq. Pərakəndə LNG bazarının isə 2030-cu il üçün 75 mln. tondan 95 mln. tona çatacağı gözlənilir”.