"Qərbi Abşeron” yatağında daha bir quyuda qazma işlərinə başlanılıb

"Qərbi Abşeron” yatağında daha bir quyuda qazma işlərinə başlanılıb Qazma işlərini “SOCAR-AQŞ” həyata keçirir
Energetika
23 Dekabr , 2016 12:53
Qərbi Abşeron” yatağında daha bir quyuda qazma işlərinə başlanılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ “SOCAR-AQŞ” 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 750 m olan 30 saylı quyuda qazma işlərinə başlayıb.

“Report” şirkətə istinadən xəbər verir ki, 30 saylı quyunun Qirməki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda“SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər

Orphus sistemi