Qəhvəyi kömürdən hidrogen istehsalına başlanılır

Qəhvəyi kömürdən hidrogen istehsalına başlanılır Avstraliya ən böyük hidrogen ixracatçı ölkəsinə çevrilir
Energetika
12 Mart , 2021 20:19
Qəhvəyi kömürdən hidrogen istehsalına başlanılır

Avstraliyada qəhvəyi kömürdən maye hidrogen istehsalı ilə bağlı 500 milyon Avstraliya dolları (387 milyon ABŞ dolları) məbləğində sınaq layihəsinin əsası qoyulub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, dünyanın məlum olan qəhvəyi kömür ehtiyatlarının dörddə birinin cəmləşdiyi Avstraliyanın Viktoriya ştatında Yaponiyanın “Kawasaki Heavy Industries” şirkəti tərəfindən hər iki ölkə hökumətlərinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində istehsal olunacaq hidrogenin tankerlə Yaponiyaya daşınması nəzərdə tutulur.

Dünyanın 5-ci enerji istehlakçısı olan Yaponiyada bu layihə sayəsində 2050-ci ilədək karbon qazı tullantılarını sıfırlamaq, eyni zamanda 20 milyon ton həcmində gözlənilən illik hidrogen tələbatını qarşılamaq planlaşdırılır.

Avstraliya isə LNG ticarətindəki üstün mövqeyindən əlavə, ən böyük hidrogen ixracatçı ölkəsinə çevrilir.

Son xəbərlər

Orphus sistemi