"Qazprom": Bu il dünyada qaza tələbat artıb

"Qazprom": Bu il dünyada qaza tələbat artıb Bu ilin yanvar-avqust aylarında dünyada qaza tələbat 55 milyard kubmetr artıb, Avropada isə onun istehlakı azalmaqda davam edir.
Energetika
29 Avqust , 2024 19:33
Qazprom: Bu il dünyada qaza tələbat artıb

Bu ilin yanvar-avqust aylarında dünyada qaza tələbat 55 milyard kubmetr artıb, Avropada isə onun istehlakı azalmaqda davam edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Neft və Qaz Sənayesi İşçiləri Gününə həsr olunmuş müşavirədə bildirib.

“İlkin məlumatlara görə, 8 ayda dünyada təbii qaza tələbat 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 55 milyard kubmetr artıb. Avropada isə istehlak azalmaqdadır. Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada həcmlər azalmağa davam edir, bir ildə 10 milyard kubmetr geriləmə müşahidə olunur”, - o qeyd edib.

Eyni zamanda, A.Miller ənənəvi enerji resurslarının indi və uzunmüddətli perspektivdə qlobal enerji balansının əsas elementi olaraq qalacağını iddia edir.

Son xəbərlər

Orphus sistemi