Qazaxıstan strateji özəlləşdirməyə başlayır

Qazaxıstan strateji özəlləşdirməyə başlayır Qazaxıstanın büdcə kəsirini örtməsi üçün neftin qiyməti 71,5 dollar/barel olmalıdır
Energetika
2 May , 2017 18:35
Qazaxıstan strateji özəlləşdirməyə başlayır

Bakı. 2 may. REPORT.AZ/ 2007-2009-cu illər maliyyə böhranı zamanı Qazaxıstanın milli gəlirinin yarısına bərabər olaraq yaradılan "Samruk-Kazyna" Fondu dəyişikliklər proqramının həyata keçirilməsinə hazırlaşır. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, fondun İdarə Heyətinin sədri Berik Beysenqaliyevə görə,  ilkin mərhələdə fondun nəzarətində olan kiçik şirkətlər satılıb, bəziləri ləğv edilib, bəziləri isə hələ satış mərhələsindədir. Bu ilin sonuna qədər fondun tərkibində olan şirkətlərin sayı 2 dəfə azalaraq 300-ə endiriləcək. Ümumiyyətlə, Qazaxıstanın büdcə kəsirini örtmək üçün neftin 71,5 dollar/barel səviyyəsində olması lazımdır.

Xatırladaq ki, "Samruk-Kazyna" 60 mlrd. ABŞ dolları həcmində aktivlərə və 360 min nəfər işçi sayına sahib olan fonddur. O, ölkə investisiyalarının 25%-ni həyata keçirir.

Fondun rəhbərinin sözlərinə görə, 2018-ci ildə başlayacaq özəlləşdirmədə "Air Astana", "Kazatomprom" kimi nəhəng şirkətlər yer alacaq. Özəlləşdirmə prosesində dövlət adıçəkilən şirkətlərdə payını 51% qoruyaraq əsas səhmdar statusuna sahib olacaq.

Daha sonra "Kazmunayqaz", "Samruk-Energo"nun özəlləşdirilməsi nəzərdə tutulub. Bu şirkətlərin 2020-ci ildə özəlləşdirilməsi nəzərdə tutulsa da, buna tam zəmanət verilməyib. "Kazaxtelekom" və "Tay-Ken Samruk" dağ-mədən şirkətləri üçün isə strateji investor axtarılacaq.

Son xəbərlər

Orphus sistemi