Qazaxıstan neft hasilatı ilə bağlı proqnozunu aşağı salıb

Qazaxıstan neft hasilatı ilə bağlı proqnozunu aşağı salıb Qazaxıstan OPEC+ üzrə öhdəlikləri iyun ayında 105% həcmində yerinə yetirib
Energetika
3 İyul , 2020 14:21
Qazaxıstan neft hasilatı ilə bağlı proqnozunu aşağı salıb

Qazaxıstan Energetika Nazirliyi 2020-ci il üçün neft hasilatı ilə bağlı proqnozunu 86 milyon tondan 85,2 milyon tona endirib.

“Report” xəbər verir ki, bu barədə cümə günü respublikanın Energetika Nazirliyinin mətbuat xidmətindən TASS-a məlumat verilib.

Qeyd olunub ki, Qazaxıstan 2019-cu ildə 90,5 milyon ton neft hasil edib.

Eyni zamanda, nazirlikdən OPEC+ sazişi üzrə öhdəliklərin iyun ayında artıqlaması ilə yerinə yetirildiyi bildirilib: “İyunda hasilat, kondensat hesaba alınmadan, 5,3 milyon ton və ya gündə 1,29 milyon barel həcmində olub. OPEC+ üzrə öhdəliklərin yerinə yetirilməsi 105% təşkil edib. Avqust - sentyabr aylarında əvvəlki aylarda artıq məhsul istehsalını kompensasiya edə biləcək səviyyədə istehsal planlaşdırılır”.

Daha əvvəl qurumdan Qazaxıstanın may ayında neft hasilatının azaldılması üzrə OPEC+ sazişini 71% səviyyəsində icra etdiyi bildirilmişdi.

May-iyun aylarında neft hasilatının kollektiv şəkildə gündəlik 9,7 milyon barel azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasına əsasən, Qazaxıstan hasilatı gündə 390 min barel azaltmağı öhdəsinə götürüb. İyunun 6-da Qazaxıstan OPEC+ sazişinin əvvəlki istehsal səviyyələrində daha bir ay - iyulun sonuna qədər uzadılmasını dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi