Qazaxıstan may ayında "OPEC+" üzrə öhdəliyini bir qədər aşıb

Qazaxıstan may ayında "OPEC+" üzrə öhdəliyini bir qədər aşıb Qazaxıstanın "OPEC+" çərçivəsində may ayı üzrə öhdəliyininin gündəlik 1,463 milyon barel olduğu gözlənilirdi
Energetika
11 İyun , 2021 12:33
Qazaxıstan may ayında OPEC+ üzrə öhdəliyini bir qədər aşıb

Qazaxıstan may ayında neft hasilatı üzrə "OPEC+" öhdəliyini 100,5 % səviyyəsində yerinə yetirib.

Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

“İlkin məlumata görə, may ayında Qazaxıstan Respublikasında 7,3 milyon barel neft hasil olunub. Gündəlik hasilat 1,470 milyon barel olub. Qazaxıstan "OPEC+" üzrə öhdəliyinə riayət etməyi planlaşdırır”, - deyə məlumatda deyilir.

Daha əvvəl Qazaxıstanın "OPEC+" çərçivəsində may ayı üzrə öhdəliyininin gündəlik 1,463 milyon barel olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi