Qazaxıstan böyük yataqlarda hasilatı azaldacaq

Qazaxıstan böyük yataqlarda hasilatı azaldacaq OPEC+ formatı iştirakçısı ölkələrin may - iyun ayları ərzində gündəlik neft hasilatını 9,7 milyon barel azaltmaqla bağlı razılaşması çərçivəsində Qazaxıstan da hasilatı 390 min barel azaltmaq öhdəliyini götürüb.
Energetika
115
1 May , 2020 13:39
Qazaxıstan böyük yataqlarda hasilatı azaldacaq

OPEC+ formatı iştirakçısı ölkələrin may - iyun ayları ərzində gündəlik neft hasilatını 9,7 milyon barel azaltmaqla bağlı razılaşması çərçivəsində Qazaxıstan da hasilatı 390 min barel azaltmaq öhdəliyini götürüb.

“Report” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Enerji Nazirliyinin mətbuat xidməti son vaxtlar neftə tələbatın azalması üzündən cari ilin ikinci rübündə ölkədəki neft anbarlarının dolması, bununla da mədənlərin təcili dayandırılması ehtimalına qarşı “Karbohidrogenlərin kəşfiyyat və hasilat işləri üçün Yerin təki sahələrinin istifadəsinə məhdudiyyətlərin tətbiqi barədə” hökumət qərarı layihəsini hazırladıqlarını bildirib. 

Sənəddə may - iyun ayları ərzində neft hasilatını məhdudlaşdırmağın zəruri hesab edildiyi sahələrin siyahısı verilir.

“Hasilatın məhdudlaşdırması orta, iri, nəhəng dərəcələrinə aid yataqlara şamil olunur. Bu siyahıya daxil edilməmiş kiçik və xırda yataqlada isə iqtisadi amillər üzündən onsuz da hasilatın azalacağı gözlənilir. Sözügedən qərar daxili bazarın neft məhsullarına olan tələbatını ödəmək zərurəti nəzərə alınmaqla bütün hasilatçı şirkətlərə qərəzsiz yanaşmanı, həmçinin istər böyük layihələrdə, istərsə də hasilatın labüd azaldığı köhnə yataqlarda hasilatın ixtisarı öhdəliklərini ədalətli şəkildə bölüşdürməyi nəzərdə tutur”, - nazirliyin açıqlamasında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi