Qari Counz: "Gələn həftədən BTC terminalı ilə əməliyyatlar tam bərpa ediləcək"

Qari Counz: "Gələn həftədən BTC terminalı ilə əməliyyatlar tam bərpa ediləcək" BP şirkətinin Türkiyədəki baş verən dağıdıcı zəlzələ zamanı boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəyməyib.
Energetika
17 Fevral , 2023 11:51
Qari Counz: Gələn həftədən BTC terminalı ilə əməliyyatlar tam bərpa ediləcək

BP şirkətinin Türkiyədəki baş verən dağıdıcı zəlzələ zamanı boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəyməyib.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

“Bu səbəbdən də ixrac əməliyyatları dayandırılmayıb. İxrac edilən xam neft Ceyhan limanında yerləşən çənlərə toplanıb. Artıq bu çənlərdəki neftin ixracı da davam etdirilir. Gələn həftədən Bakı-Tbilisi-Ceyhan termilalı ilə əməliyyatlar tam bərpa ediləcək. Biz bu faciəvi müddətdə Türkiyə hökuməti ilə danışıqları davam etdirəcəyik və ora ediləcək köməyimizi davam etdirəcəyik”, - Q. Counz bildirib.

Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələyə 5 milyon ABŞ dolları yardım ayırıb: "Zəlzələ baş verən zaman BP bütün gücünü səfərbər edib. İlk olaraq şirkət Türkiyəyə yanacaq göndərilməsinə başlayıb".

O bildirib ki, BP-nin dünya üzrə ianə verilməsi ilə bağlı kanal açılacaq: “Dəstək olmaq və ianə vermək istəyənlərə şirkət də dəstək olacaq. Bütün fikrimiz və dualarımız Türkiyənin yanındadır".

Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində saxlanmaq üçün təhvil verilib.

BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulurвг.

Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.

Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.

Son xəbərlər

Orphus sistemi