“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB Səhərki artımdan sonra dünya bazarlarında neft qiymətləri azalmağa başlayıb və artıq 3%-dən çox ucuzlaşıb
Energetika
15 Oktyabr , 2020 18:31
“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

Səhərki artımdan sonra dünya bazarlarında neft qiymətləri azalmağa başlayıb və ikinci koronavirus dalğası və yeni karantin məhdudiyyətləri fonunda 3%-dən çox ucuzlaşıb.

“Report” xəbər verir ki, bunu ticarət sövdələşmələri barədə məlumatlar göstərir.

Belə ki, Londonun ICE birjasında “Brent” markalı neftin 2020-ci ilin dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 15:52-də 42,02 ABŞ dolları/barel səviyyəsinə düşüb və bu, öncəki sessiyanın bağlanış səviyyəsindən 3,29% aşağıdır.

WTI markalı xam neftin qiyməti isə 3,38% azalaraq 40,03 ABŞ dolları/barelə düşüb.

İnvestorları dünya miqyasında koronavirusa yoluxma hallarının sayının artması fonunda neftə olan tələbatın perspektivləri narahat edir. Bu həftə artıq Fransa, Almaniya və Böyük Britaniya yeni məhdudiyyətlər elan ediblər.

Son xəbərlər

Orphus sistemi